Suriya ətrafında müəmmalı vəziyyət

  • 23.05.2025
  • 3 baxış

Mayın 20-də Vaşinqtonda Türkiyə-ABŞ Suriya Fəaliyyət Qrupunun iclası keçirilib. Toplantıda Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, ABŞ-ı dövlət katibinin müavini Kristofer Landaunun sədrlik etdiyi heyət təmsil edib.

Toplantıda, Türkiyə və ABŞ-ın Suriya siyasəti, prioritet istiqamətlər, təhlükəsizlik, sabitliyin yaradılması, terrora qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib. 

Ancaq mayın 20-də Suriya ilə bağlı daha 2 mühüm hadisə baş verib. 

1. Avropa İttifaqı Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv edib.

2. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi səfərlə Dəməşqə gedərək Suriya prezidenti Əhməd Əş-Şaraa, xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və kəşfiyyatın rəhbəri Əli əs-Səlam ilə görüşüb. 

Qeyd edək ki, Suriya ilə bağlı proseslər bu ayın əvvəlindən sürətlənib. Mayın 5-də ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı baş verib. Ərdoğan bildirdi ki, bu danışıq zamanı Trampdan Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək çağırışı edib. 

Mayın 13-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti ABŞ prezidenti Suriyaya qarşı embarqoların götürülməsi ilə bağlı qərar qəbul edib və bir gün sonra mayın 14-də isə ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şara ilə görüşüb, daha sonra Tramp, əş-Şara, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Ərdoğanın da onlayn formada qatıldığı bir iclas keçiriblər. 

Bu toplantıdan sonra Suriya ilə bağlı yeni bir əməkdaşlıq formatı yaradılıb. Çünki ər-Riyad görüşündən bir gün sonra Antalyada Türkiyə XİN rəhbəri Fidan, ABŞ dövlət katibi Rubio və Suriya XİN rəhbəri Şeybani arasında görüş keçirilib. 

Ardınca isə dünən məlum toplantı və qərarlar qəbul olunub. 

Maraqlıdır ki, dünən ABŞ Senatı xarici əlaqələr komitəsində ifadə verən dövlət katibi Marko Rubio Suriyada yaxın həftələrdə Suriyada vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib. Rubio deyib ki, Suriyanın keçid hökuməti yeni vətəndaş müharibəsi və bölünmə riski ilə üz-üzədir.

Əcəba, bütün bu hərəkətlənmənin əsl səbəbi nədir? Doğrudanmı, Suriyanın başı üzərində gerçək təhlükə var, yoxsa bu, yeni bir oyundur?

Bu arada mayın 21-də Suriya mediası druzların çoxluqda yaşadığı Suveyda vilayətinin eyni adlı mərkəzində silahlı şəxslərin vilayət valisini qaçırdığı haqda xəbər yaydı. 

Digər xəbərlər